AutoCAD proqramı həm iki ölçülü , həm də üç ölçülü modelləmə üstünlüyü var . Burada üç ölçülüdə sərbəst işləmək üçün iki ölçülünü mükəmməl səviyyədə bilmək lazımdır . Proqramın dəqiq ölçü ilə işləmək üstünlüyü var .
Burada materiallanma və işıqlanma zəif olduğu üçün biz 3 ölçülü AutoCAD faylını 3Ds Max – a atıb orada V-Ray – da edirik bu prosesi .
Sİz bu proqramda əsasən tikintiyə aid olan “işçi və eskiz layihələri , konstruksiya işlərini mebelə aid olan dəlik – deşik sənədlərini “ hazırlaya bilərsiniz .
Həmçinin 3Ds Max , ArchiCAD , İllustrator , Corel DRAW və .s. proqramları ilə əlaqələndirmək olur . Proqramın öyrənilmə müddəti tam olaraq 2 aydır .—————————————————————————————————————————————
3Ds MAX proqramı hərtərəfli 3D modelləşdirmə ,animasiya , işıqlandırma , materiallandırma proqramıdır. Bu proqramda siz evlərin içinin və çölünün dizaynını peşəkar səviyyədə öyrənəcəksiniz . Siz həmçinin ofislərin , gözəllik salonlarının , sərgilərin , restoranların , parkların və.s. dizaynını da verə bilərsiniz .
Bundan əlavə AutoCAD , ArchiCAD , İllustrator və.s. proqramlarla olan əlaqələrini öyrənəcəksiniz. Siz , modelləməni tam bitirdikdən sonra işlərinizin real görenməsi üçün V – Ray— ı öyrənməlisiniz .
Bu , əlavə proqram deyil , plagindi. Əlavə olaraq yüklənir və 3Ds Max – ın içində olur. Proqramın öyrənilmə müddəti 3 aydır.
——————————————————————————————————————————————
ADOBE AFTER EFFECTS
Proqram professional motion , qrafik və film , TV , video və web üçün vizual effektler hazırlamaq imkanı verir. After Effects-ə başlamadan öncə Photoshop və İllustrator proqramlarını bilməyiniz məsləhət görülür.
Proqram peşəkar səviyyədə video montaj , inanılmaz vizual hərəkət qrafik imkanı verir. Sizin yaradıcılığınız bu proqram vasitəsilə daha da geniş olacaq.
Burada siz video , şəkil , MP-3 vasitəsilə mükəmməl animasiyalar yarada biləcəksiniz.
————————————————————————————————————————————-
ADOBE ILLUSTRATOR proqramı loqotiplər ,ikonlar , eskizlər , mətbəə və çap ,web, interaktiv , video və mobil üçün kompleks təsvirlər yaratmağa imkan verir. Adobe İllustrator rəsm və rəng idarə imkanları və mətn üçün geniş alətlərə malikdir.
Burada siz istənilən reklam ( promotion ) işlərini , buklet , jurnal , vizitkart , kitab üzləri , dəvətnamələr , həmçinin siz burada facebook , instagram üçün reklam template – ləri hazırlaya bilərsiniz . Bundan əlavə Photoshop və After Effects ilə birbaşa əlaqəlidir .
Proqramın öyrənilmə müddəti 2 aydır .
—————————————————————————————————————————————
ADOBE PHOTOSHOP
Dünyanın ən yaxşı şəkil montaj proqramıdır. Hər bir yaradıcı layihənin əsasını təşkil edir. Burada siz istənilən növ şəkil montaj işlərini , köhnə şəkillərin bərpasını , ağ – qara şəkillərin rənglənməsini və.s edə bilərsiniz .
Photoshop komputer Qrafikasının Rastır bölməsinə aiddir . Fotoqrafiya sahəsinin ayrılmaz hissəsidir. Dünyada tayı bərabəri olmayan , peşəkar səviyyədə hazırlanmış proqramdır . Proqramı seçən zaman seçimlərə üstünlük verməyiniz tövsiyə olunur .Özünün ayrıca effektlər bölməsi var . Bütün proqramlara açılan qapıdır . Proqramın öyrənilmə müddəti tam olaraq 1 aydır.
—————————————————————————————————————————————
Photoshop və Corel Draw
Kadr Tədris Mərkəzi sizlərə professional səviyyədə təşkil olunmuş Photoshop və Corel Draw dərsləri təqdim edir . Bu proqramları öyrənərək siz professional şəkildə foto – montaj , şəkillər üzərində dəyişikliklər edə biləcək , gələcəkdə kitab üzlərinin , maketlərin ,visit kartların , firma blanklarının , loqotip və açıqcaların yaradılmasını , onların qrafik təsvirlərinin redaktə edilməsini müstəqil olaraq həyata keçirə biləcəksiniz.
Dərslər təcrübəli müəllimlər tərəfindən praktiki şəkildə keçirilir.
Kursun müddəti 2 aydır.
Kursu uğurla bitirənlərə sertifikat veriləcək.
Tədrisimizə tam zəmanət verilir.
Tel — (012) 497 11 29;
051 400 32 19 (wp) , 055 570 80 21
📌Ünvan — Bakı ş., 28 May m.st., Xarici Dillər Universitetinin yanı, Baku Medical Plazanın üstü